Modern.az

Türkiyə turistlərdən yeni vergi almağa başlayacaq

Türkiyə turistlərdən yeni vergi almağa başlayacaq

İqtisadiyyat

14 Dekabr 2022, 12:20

Türkiyədə 2022-ci il yanvarın 1-dən otellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, düşərgələrdə və digər yerləşdirmə obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək.

Modern.az xəbər verir ki, bu barədə “Resmi gazete” məlumat yayıb.


Otellər tərəfindən göstərilən xidmətlər, məsələn, yemək, istirahət, hovuzdan istifadə, idman, termal zonalar və s. vergitutma məbləğinə heç bir şəkildə təsir etməyəcək.


Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.


Türkiyə hakimiyyəti hələ 2019-cu ildə turistlər üçün yerləşdirmə vergisi tətbiq etmək qərarına gəlib, lakin koronavirus pandemiyası səbəbindən onun tətbiqi təxirə salınıb. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, cari ilin sonuna qədər respublika 51,5 milyon turist və 46 milyard dollar turizm gəliri gözləyir. Türkiyə gələn il 60 milyon turist qəbul edəcəyinə ümid edir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi