Bu ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsnin gəlirləri 28 978,1 milyon manat, xərcləri isə 25 975,5 milyon manat təşkil edib.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,5 % və 16,4 % çoxdur.
Son nəticədə büdcədə 3 002,6 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 7,2 dəfə çoxdur.