Modern.az

Mərkəzi Bank sabah faiz qərarını açıqlayacaq

Mərkəzi Bank sabah faiz qərarını açıqlayacaq

15 Dekabr 2022, 12:40

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Xatırladaq ki, qurumun İdarə Heyəti oktyabrın 28-də uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi