Modern.az

Mərkəzi Bank uçot dərəcəsini QALDIRDI

Mərkəzi Bank uçot dərəcəsini QALDIRDI

16 Dekabr 2022, 11:16

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8 %-dən 8,25 %-ə qaldırılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

 

"Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır", - məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi