Modern.az

AMB-nin inflyasiya PROQNOZU

AMB-nin inflyasiya PROQNOZU

16 Dekabr 2022, 11:22

Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil edib. İllik baza inflyasiya 14.7% olub.

 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır.

 

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artmış, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalıb, tikintidə isə azalıb.

 

Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15.6%) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi