"Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılıq önəmlidir. İnsanın oxuyub-anlama bacarığı yoxdursa, sadə riyazi hesablamaları və yaxud da təbiət elmlərində baza savadlılığı zəifdirsə, ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür".
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
E.Əmrullayev bildirib ki, kütləvi keyfiyyəti bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır:
"Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Qısa müddət ərzində qısamüddətli kurslar, peşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. 6 ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar".
Nazir onu da qeyd edib ki, əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil.