Modern.az

Mikayıl Cabbarov yeni il üçün iqtisadi hədəfləri AÇIQLADI

Mikayıl Cabbarov yeni il üçün iqtisadi hədəfləri AÇIQLADI

28 Dekabr 2022, 12:34

Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

M.Cabbarov qeyd edib ki, Fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur:

 

"İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik".

 

Nazir əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək:

 

"Koronavirus pandemiyasından sonra müsbət dinamikaya nail olmuşuq. Ölkə iqtisadiyyatı keçən il 5,4 faiz artıb. Bu il də oxşar rəqəmlər qeydə alınıb. 2022-ci ildə 15 milyard manatdan çox vergi mədaxilini təmin etmişik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi