Modern.az

Prezident bu Komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ

Prezident bu Komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ

İqtisadiyyat

29 Dekabr 2022, 11:08

Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış komissiyanın yeni tərkibi müəyyənləşib.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

 

Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiya sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Komissiyanın üzvləri

 

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi