Modern.az

Banklara 63 milyondan çox dollar SATILDI

Banklara 63 milyondan çox dollar SATILDI

29 Dekabr 2022, 13:44

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə 2022-ci il üzrə sonuncu valyuta hərracı keçirilib.

 

Modern.az xəbər verir ki, hərracda tələb 63,4 ABŞ dolları olub və tam təmin edilib.

 

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 dekabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 4,4 mln. ABŞ dolları artıb. Qeyd edək ki, bu ilin dekabr ayında Dövlət Neft Fondu vasitəsilə banklara 595,9 milyon dollar (Ötən ilin eyni dövrünə nisbətən 40% az) satılıb. Ümumilikdə isə, 2022-ci ildə bankların tələbi 5,2 milyard dollar təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi