Modern.az

Prezident gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

İqtisadiyyat

30 Dekabr 2022, 13:10

Prezident İlham Əliyev "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

 

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

 

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

 

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi