Modern.az

Avropada qazın qiyməti 800 dollardan aşağı düşdü

Avropada qazın qiyməti 800 dollardan aşağı düşdü

İqtisadiyyat

30 Dekabr 2022, 21:21

Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə hərrac məlumatlarında qeyd edilib.

 

Qazın qiyməti 16 fevral 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 791,3 dollara enib.

 

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi