Modern.az

Avropa İnvestisiya Bankının Baş katibi DƏYİŞDİ

Avropa İnvestisiya Bankının Baş katibi DƏYİŞDİ

İqtisadiyyat

10 Yanvar 2023, 14:08

Avropa İnvestisiya Bankına (AİB) yeni Baş Katib təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə bankdan bildirilib.

 

Məlumata görə, bu il yanvar ayının 1-dən Barbara Balke Avropa İnvestisiya Bankının Baş Katibi seçilib.

 

Qeyd edilib ki, Barbara Balke 20 ildən artıq müddətdə AİB-də çalışıb. Yeni vəzifəsinə qədər Bankın Baş Hüquq Müşaviri və Hüquq Direktorluğunun rəhbəri olub. Həmçinin əlavə edilib ki, əvvəlki Baş Katib Marjut Falkstedt Avropa İnvestisiya Fonduna (AİB qrupuna daxil olan) rəhbərlik edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj