Modern.az

Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatı dəqiqləşdirmək imkanı yaradıldı

Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatı dəqiqləşdirmək imkanı yaradıldı

İqtisadiyyat

10 Yanvar 2023, 14:00

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamındakı Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə qurumun Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və istifadəyə verilib.

 

Modern.az AMB-yə istinadən xəbər verir ki, vətəndaşlar istənilən vaxt yeni yaradılmış səhifəyə “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

 

Bildirilib ki, ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər