Modern.az

Rusiyada avtomobil satışı 59 faiz AZALIB

Rusiyada avtomobil satışı 59 faiz AZALIB

12 Yanvar 2023, 18:08

Ötən il Rusiyada minik və yüngül ticarət avtomobillərinin satışı 2021-ci illə müqayisədə 59 faiz azalaraq 687 min ədəd təşkil edib. Dekabr ayında isə satışlar 50 faiz azalaraq 64 min ədədə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Biznesləri Assosiasiyası məlumat yayıb.

 

Statistikaya əsasən, 2022-ci ildə Rusiyada ən populyar avtomobil markalarından olan “Lada” 188,6 min ədəd (2021-ci illə müqayisədə 46 faiz azalma), “Kia” 66 min ədəd (-68 faiz) “Hyundai” 54,8 min ədəd (-67 faiz), “Chery” 38,4 min ədəd (+4 faiz) və “Renault” 39,5 min ədəd (-70 faiz) satılıb.

 

2023-cü ildə Rusiyanın avtomobil bazarında satışların 12 faiz artacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi