Modern.az

Nazirlikdən qiymət artımı haqda açıqlama - milyardlıq layihə

Nazirlikdən qiymət artımı haqda açıqlama - milyardlıq layihə

26 Yanvar 2023, 12:48

“Bu gün dünyada qlobal bahalaşma var. Bu da ölkədə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur”.

 

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib. Onun sözlərinə görə, təmsil etdiyi nazirlik qiymət artımının qarşısını almağa çalışır.

 

Nazirlik rəsmisi yeni layihələrdən də söz açıb: "Ərzaqlıq buğdanın stimullaşdırılmasına dair fərman imzalanıb. Bizim əsas asılılığımız buğda idxalı ilə bağlıdır. Pivot suvarma sistemi tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb ərzaqlıq buğda istehsal etdiyi təqdirdə, onun hər tonuna 100 manat əlavə məhsul subsidiyası əldə edəcək. Bu, ciddi təşviqdir və buna maraq var. Birinci mərhələdə 23 500 hektar müəyyənləşdirərək Nazirlər Kabinetə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min hektarda pivot suvarma sistemi tətbiq olunur. Bu, su qıtlığı yaşayan ölkə kimi bizim üçün çox vacibdir. Beş il ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Ciddi rəqəmdir və maliyyə yükü deməkdir. Təxmini hesablama aparmışıq ki, bu fərman çərçivəsində dövlətin qoyduğu investisiya təşviqi 1 milyard manatın üzərindədir. Düşünürük ki, bu ciddi şəkildə kənd təsərrüfatının inkişafına töhvə verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu