Modern.az

“Nissan” 520 min avtomobili geri çağırdı

“Nissan” 520 min avtomobili geri çağırdı

28 Yanvar 2023, 08:50

Yaponiya avtomobil istehsalçısı “Nissan Motor Co.” 527 min 491 ədəd “X-Trail” avtomobilini və “Serena” mikroavtobusunu, həmçinin “Suzuki Motor Corp.”ya tədarük etdiyi "Landy" mikroavtobuslarını geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

 

Bildirilib ki, “Nissan” avtomobillərindəki nasazlıq elektrik mühərrikləri ilə əlaqədardır. Belə ki, “Nissan Motor Co.” şirkətinə nasazlıqla bağlı ümumilikdə 3963 şikayət ünvanlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?