Modern.az

Nazirliyin 4 regional idarəsi ləğv olundu

Nazirliyin 4 regional idarəsi ləğv olundu

İqtisadiyyat

30 Yanvar 2023, 16:45

2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

 

“Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib", - deyə nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım