Modern.az

15 min manatdan baha olan daşınar əmlak nağdsız alınacaq

15 min manatdan baha olan daşınar əmlak nağdsız alınacaq

İqtisadiyyat

31 Yanvar 2023, 17:48

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cı maddədə qeyd edilib.

 

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

 

Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj