Modern.az

Süni intellekt üzrə yol xəritəsi tərtib edilib - Nazir

Süni intellekt üzrə yol xəritəsi tərtib edilib - Nazir

1 Fevral 2023, 12:00

Azərbaycanda süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

 

"Bu, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək", - M.Cabbarov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi