Modern.az

Mərkəzi Bankın yeni binasının tikintisi dayandırılıb? - Sədrdən açıqlama

Mərkəzi Bankın yeni binasının tikintisi dayandırılıb? - Sədrdən açıqlama

İqtisadiyyat

1 Fevral 2023, 12:16

Mərkəzi Bankın yeni inzibati binasının tikintisinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında danışıb.

 

O qeyd edib ki, hazırda binanın tikintisi dayandırılmayıb: “Mərkəzi Bankın binasının optimallaşdılıması üzərində iş aparılır. Bəzi xərclər nəzərdə tutulmadığından biz onun hesablamasını aparırıq. Mən sədr təyin olunandan sonra layihə dayandırılmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır