Modern.az

Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR

Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR

1 Fevral 2023, 14:32

44 günlük müharibə nəticəsində keçmiş Hadrut rayonunun Böyük Tağlar və Tuğ  kəndlərində 300 min üzüm kolu və şərab zavodunu itirən erməni sahibkar Samvel Qriqoryan Qarabağda yeni bağ salmağa başlayıb.
 

Modern.az xəbər verir ki, Samvel Qriqoryan “Armenpress”ə deyib ki, o, 7 ildir üzümçülüklə məşğul olur və bu işin peşəkarına çevrilib, başladığı işi yarımçıq qoymaq istəmir. Qriqoryan yeni üzüm bağının keçmiş Əsgəran rayonu ərazisindəki Qışlaq kəndində saldığını deyib:
 

“Biz müraciət etdik və üzüm bağının salınması ilə bağlı razılığa gəldik. Bir yer seçdik, mənə hər addımda köməklik söz verdilər”.


Samvel Qriqoryan bildirib ki, onun saldığı yeni üzüm bağı Qarabağ separatçıları üçün prioritet əhəmiyyətə malik ərazi kimi tanınıb. Təqdim olunan biznes plan çərçivəsində 200 min koldan ibarət üzüm bağının və ildə 300 min şüşə şərab istehsal edəcək zavodun tikintisi üçün maliyyə ayrılıb. Ümumi investisiya 3,5 milyon ABŞ dolları təşkil edəcək.
 

“Biz 2021-ci il sentyabrın 1-də ilk işlərə başladıq. Bu günə kimi Fransadan gətirdiyimiz 100 min üzüm kolu artıq əkilib. Biz 5 üzüm sortu yetişdiririk: Pino Nyar, Merlo, Kaberne Sovinon, Kaberne Frans və Sira, onlardan keyfiyyətli şərablar istehsal edəcəyik”, - deyə Samvel Qriqoryan qeyd edib.
 

“İlk məhsul 2024-cü ildə yığılacaq, bu müddət ərzində biz şərab zavodu tikəcəyik”, - erməni iş adamı deyib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi