Modern.az

Kredit borcu gecikənlərin nəzərinə! - 5%-dən çox olmayacaq

Kredit borcu gecikənlərin nəzərinə! - 5%-dən çox olmayacaq

1 Fevral 2023, 16:36

Borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizmi təkmilləşdirilir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

 

Layihəyə əsasən, əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa, bu halda yazılı əqd hesab olunacaq. Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi