Modern.az

Azərbaycan etibarlı tərəfdaşımızdır - Aİ rəsmisi

Azərbaycan etibarlı tərəfdaşımızdır - Aİ rəsmisi

İqtisadiyyat

3 Fevral 2023, 19:14

Bizim Azərbaycanla enerji sahəsində əlaqələrimiz çox güclənir.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə bildirib.

 

"Azərbaycan bizim etibarlı, eyni zamanda, etimad göstərdiyimiz tərəfdaşımızdır. Biz Azərbaycanda enerji sahəsinə sərmayələr yatırırıq. Enerji sabitliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin böyük rolu var. 

 

Bu gün keçirilən tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, istixana qazlarının atmosferə atılmasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, Məşvərət Şurası çərçivəsində çox yüksək səviyyədə iclasımız oldu", - K.Simson deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir