Dağıdıcı zəlzələ Türkiyədə neft kəmərlərinin fəaliyyətinə təsir göstərməyib.
Modern.az xəbər verir ki, bu barədə “Botaş” şirkəti məlumat yayıb.
"Yoxlamalardan sonra xam neft daşıyan neft kəmərlərinə heç bir ziyan dəyməyib", - deyə şirkətin mətbuat xidmətindən bildirilib.
Şirkətdən qeyd edilib ki, ehtiyat tədbiri olaraq zəlzələnin episentrinə yaxın bir sıra ərazilərə qazın verilməsinin dayandırılması qərara alınıb.
Ötən gecə saat 04:17-də Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib və bu, bir sıra şəhərlərdə dağıntılara səbəb olub. İlkin məlumatına görə, zəlzələ nəticəsində Türkiyənin 7 əyalətində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.