Modern.az

“AzerGold” 2022-ci ildə qızıl hasilatını 1%, satışını 5,5% artırıb

“AzerGold” 2022-ci ildə qızıl hasilatını 1%, satışını 5,5% artırıb

İqtisadiyyat

6 Fevral 2023, 08:36

“AzerGold” QSC 2022-ci ildə 63,3 min unsiya qızıl və 207,7 min unsiya gümüş satıb.

 

Modern.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

 

Xəbər verildiyi kimi, 2021-ci ildə “AzerGold” tərəfindən 60 min unsiya qızıl və 133 min unsiya gümüş satılıb. Beləliklə, 2022-ci ildə qızılın satış həcmi 5,5%, gümüşün satış həcmi 56,2% artıb.

 

“Qızıl və gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət dinamika müşahidə edilib”, - deyə o, 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

 

Sədrin sözlərinə görə, ötən il hasilat göstəriciləri 62,1 min unsiya qızıl (2021-ci illə müqayisədə artım 1%), 223,1 min unsiya gümüş (artım 66%) olmaqla, qızıl hasilatı plandan 2 faiz, gümüş hasilatı isə 83 faiz daha artıq icra edilib. Eyni zamanda, qarşıdakı illər ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün şərait yaradılıb”, - deyə Z.İbrahimov əlavə edib.

 

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.*

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi