Modern.az

Türkiyəyə yardım göndərənlərdən komissiya haqqı tutulmayacaq

Türkiyəyə yardım göndərənlərdən komissiya haqqı tutulmayacaq

7 Fevral 2023, 09:38

"Ziraat Bank Azərbaycan" qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul edib.

 

Modern.az banka istinadən xəbər verir ki, zəlzələ nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:

 

Hesab Adı:

T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı

Alıcı Bank:

T.C. ZİRAAT BANKASI A.Ş.

Alıcı Filial:

ANKARA KAMU KURUMSAL ŞUBESİ

TL hesabı :

TR 73 0001 0017 4555 5555 5552 04

USD hesabı :

TR 46 0001 0017 4555 5555 5552 05

EUR hesabı:

TR 19 0001 0017 4555 5555 5552 06

Bankın SWIFT Kod № :

TCZBTR2A

 

“Ziraat Bank Azərbaycan” ASC, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?