Modern.az

Rusiya gündəlik neft hasilatını azaldacaq

Rusiya gündəlik neft hasilatını azaldacaq

10 Fevral 2023, 23:40

Rusiya mart ayında gündəlik neft hasilatını 500 min barel azaldacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak məlumat verib.

 

Onun sözlərinə görə, Rusiya hazırda hasil etdiyi nefti tam həcmdə satır. Lakin qiymət məhdudiyyətinə əməl edən ölkələrə neft satmaqdan imtina etdiyi üçün mart ayında könüllü surətdə hasilatı 500 min barel azaldacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi