Modern.az

Manatının dövretmə sürəti artıb

Manatının dövretmə sürəti artıb

İqtisadiyyat

11 Fevral 2023, 16:55

Yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,53 bənd təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında bildirilib.

 

Bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 0,09 bənd az, 2022-ci ilin yanvarın 1-nə nisbətən 0,64 bənd çoxdur.

 

Manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, devalvasiya ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi