Bakı şəhər Statistika İdarəsi maraqlı məlumat açıqlayıb.
Modern.az xəbər verir ki, İdarənin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artıb.
Bakı şəhər Statistika İdarəsi bildirib ki, hələ ötən ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1067,5 manat təşkil edib.