Modern.az

Azərbaycandan xaricə pomidor satanların gəlirləri AZALIB

Azərbaycandan xaricə pomidor satanların gəlirləri AZALIB

İqtisadiyyat

16 Fevral 2023, 10:30

2023-cü ilin yanvarında Azərbaycandan xaricə pomidor ixracı həcmi və ondan daxil olan vəsaitlər azalıb.

 

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvarında xaricə ümumi məbləği 10 milyon 545 min dollar olan 9  min 26 ton pomidor ixrac edilib. 1 kiloqram pomidorun ixrac qiyməti təqribən 1,17 dollar təşkil edib.

 

Ötən ilin yanvarı müqayisədə pomidor ixracı məbləğ ifadəsində 3,2 milyon dollar və ya  23% azalıb.

 

Belə ki, 2022-ci ilin yanvarında Azərbaycandan  xaricə ümumi məbləği 13 milyon 742 min dollar olan 11 470 ton pomidor ixrac edilib. Pomidorun  1 kiloqramının ixrac qiyməti 1,2 dollar təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi