Modern.az

Beş faydalı qazıntı yatağı istifadəyə verildi

Beş faydalı qazıntı yatağı istifadəyə verildi

16 Fevral 2023, 12:48

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti dəfə hərrac keçirib.

 

Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.

 

Məlumata görə, hərracda Xızıdakı “Şurabad” qum yatağının 22 hektar, Balakəndəki “Göyəmtala” gil yatağının 3,22 hektar, Qazaxdakı “Aşağı Salahlı” gil yatağının və “Daş Salahlı-III” sement xammalı yatağının müvafiq olaraq 20 hektar və 25 hektar, Ağstafadakı “Acıdərə” vulkan külü yatağının 6 hektar sahəsi istifadəyə verilib.

 

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/33Yw9k

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi