Modern.az

Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərildi

Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərildi

İqtisadiyyat

16 Fevral 2023, 14:16

Fevralın 16-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yardım yola salınıb.

 

Modern.az xəbər verir ki, yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.

 

Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.

 

Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.

 

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

 

Fotoları "Azərtac"a istinadən təqdim edirik:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi