Modern.az

Saxta 100 manatlıq pul nişanı artıb - Rəsmi

Saxta 100 manatlıq pul nişanı artıb - Rəsmi

İqtisadiyyat

20 Fevral 2023, 12:52

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323-ü 100 manatlıq pul nişanı olub.

 

Modern.az xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

 

Onun sözlərinə görə, 2021-ci ildə isə ümumilikdə 358 saxta pul nişanı aşkar edilib ki, bunun da 282-si 100 manatlıq pul nişanı olub.

 

"2006-cı ildən 2022-ci ilə qədər Mərkəzi Bank tərəfindən 10 095 ədəd saxta pul aşkar edilib. Son 4 ildə saxta pullar üzrə 20 cinayət işi açılıb. 2017-ci ildən başlayaraq son 4 ildə milli valyutanın saxtalaşdırılnasına azalma olsa da, son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanlarının artım tempi müşahidə edilir. Tədavüldə hər 660 minədək kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb", - deyə N.Pənahlı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!