Modern.az

Neftin qiyməti 85 dollardan aşağı düşdü

Neftin qiyməti 85 dollardan aşağı düşdü

İqtisadiyyat

22 Fevral 2023, 09:48

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dolları, yaxud 1 % azalaraq 84,34 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi