Modern.az

Rusiyanın neft ixracı AZALACAQ

Rusiyanın neft ixracı AZALACAQ

İqtisadiyyat

22 Fevral 2023, 21:22

Mart ayında Rusiyanın qərb hissəsindəki limanlar vasitəsilə neft ixracı azala bilər.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Rusiya neft sənayesindəki mənbə məlumat verib.

Qeyd olunub ki, fevral ayı ilə müqayisədə mart ayında neft ixracı 20-25% azalacaq.

İxrac planına əsasən, gündə 2,24 milyon barel "Urals", KEBCO və "Siberian Light" markalı neft Baltik limanları və Novorossiysk limanından keçməlidir. Mənbələrin "Reuters" agentliyinə verdiyi məlumata görə, mart ayında dəniz ixracının azalacağı gözlənilir.

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama