Modern.az

Hərracda banklara 60 milyondan çox dollar satıldı

Hərracda banklara 60 milyondan çox dollar satıldı

İqtisadiyyat

23 Fevral 2023, 17:10

Fevralın 23-də Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.

 

Modern.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 61,6 milyon dollar olub və tam qarşılanıb.

 

Hərracın yekunlarına əsasən, ortaçəkili məzənnə 1,7 AZN/1 USD təşkil edib. Öncəki hərracda tələb 49,3 milyon dollar olub.

 

Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə birtərəfli satışı formasında keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi