Modern.az

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

İqtisadiyyat

25 Fevral 2023, 08:37

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nisbətən 231 min ədəd artaraq, 13 milyon 488 min ədəd təşkil edib.

 

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,7 faiz artıb.

 

Ödəniş kartlarında artım debet kartları üzrə 18,3 faiz, kredit kartları üzrə 28,8 faiz olub.

 

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi