Modern.az

Baş bankir sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

Baş bankir sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

25 Fevral 2023, 12:06

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətlərinin rəhbərləri ilə son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

 

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüş barədə bildirən T.Kazımov qeyd edib ki, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib.

 

T.Kazımov bildirib ki, təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib.

 

O qeyd edib ki. görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi