Modern.az

Rusiyanın bank sektorunun 80%-i sanksiya altındadır 

Rusiyanın bank sektorunun 80%-i sanksiya altındadır 

İqtisadiyyat

25 Fevral 2023, 20:03

Müharibənin başlamasından bu yana ABŞ Rusiyanın bank sektorunun 80%-nə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Rusiyanın 10 ən böyük kredit təşkilatı ABŞ sanksiyaları altındadır.

 

Ümumilikdə 2400 fiziki və hüquqi şəxsə, 115 gəmiyə və 19 təyyarəyə məhdudiyyət qoyulub. Dövlət Dumasının 450 üzvü, Federasiya Şurasının 170 üzvü, 47 Rusiya qubernatoru, prezident Vladimir Putin və digər yüksək vəzifəli məmurların hamısı sanksiyalara məruz qalıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi