Türkiyənin ixracatı ötən ay 10.3% artaraq 19.4 milyard dollara çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin statistika idarəsi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ötən ay xaricdən 33.6 milyard dollarlıq məhsul idxal edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.7% çoxdur.
Ölkənin xarici ticarət kəsiri yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 38.4% artaraq 14.2 milyard dollara çatıb.
Akif İsmayılov