Türkiyə iqtisadiyyatı 2022-ci ildə əvvəlki illə müqayisədə 5.6% böyüyüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, 2022-ci ildə ölkədə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 176 min 589 lirə və ya 10 655 dollar olub. ÜDM 2022-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 3,5% artıb.
ÜDM-i təşkil edən sahələr arasında yeganə kiçilən sektor tikinti olub. Tikinti sektoru ötən il 8,4 faiz azalıb, sənaye 3,3 faiz, kənd təsərrüfatı sektoru isə 0,6 faiz artıb.
Akif İsmayılov