2023-cü ilin yanvar ayında Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər 38% azalaraq 18,5 milyard dollara düşüb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat yayıb.
BEA-nın icraçı direktoru Fatih Birolun sözlərinə görə, Qərbin Rusiyanın enerji ixracına qarşı tətbiq etdiyi qadağalar neft bazarlarını sabitləşdirmək və Rusiyanın gəlirlərini azaltmaq məqsədinə nail olub.
“Biz neft və qaz gəlirlərindəki azalmanın yaxın aylarda daha kəskin olacağını gözləyirik. Ortamüddətli perspektivdə gəlirlərin azalması daha da yüksək olacaq”, – Birol qeyd edib.
2022-ci il dekabrın 5-də Rusiya neftinə tətbiq edilən embarqo qüvvəyə minib və həmin gündən etibarən Rusiyadan gələn neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib.
Akif İsmayılov