Modern.az

“Şahdəniz”dən əldə olunan gəlirlər 2,4 dəfə ARTIB

“Şahdəniz”dən əldə olunan gəlirlər 2,4 dəfə ARTIB

İqtisadiyyat

3 Mart 2023, 12:07

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

 

Məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 227,557 mln. ABŞ dollarına bərabər olub.

 

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 58,069 min dollar olub, bu da həmçinin, 2,6 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin ilk iki ayında ARDNF kondensatın satışından 22,172 mln. ABŞ dolları əldə etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!