Modern.az

Çin hərbi xərclərini ARTIRIR

Çin hərbi xərclərini ARTIRIR

4 Mart 2023, 11:25

Çin 2023-cü il büdcəsində müdafiə xərclərini artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasının sözçüsü Vanq Çao bildirib.

 

O, xərclərin artmasının Çinin üzləşdiyi “mürəkkəb təhlükəsizlik çağırışlarına cavab vermək zərurəti” ilə izah edib. Çin rəsmisi büdcənin nə qədər artacağını açıqlamayıb.

 

Qeyd edək ki, 2021-ci ildə Çinin müdafiə büdcəsi illik müqayisədə 6,8% artaraq 209 milyard dollara, 2022-ci ildə isə 7,1% artaraq 229,5 milyard dollara çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir