Modern.az

Azərbaycanın qeyri-neft ixracı 37% ARTIB

Azərbaycanın qeyri-neft ixracı 37% ARTIB

İqtisadiyyat

6 Mart 2023, 10:08

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur. Təkcə fevralda isə Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50% çoxdur.

 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci illə müqayisədə 12,3% artaraq 3 047,7 milyon ABŞ dolları olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü