Modern.az

Səudiyyədən Türkiyəyə 5 milyard dollarlıq DEPOZİT

Səudiyyədən Türkiyəyə 5 milyard dollarlıq DEPOZİT

7 Mart 2023, 12:02

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq depozit qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb.

 

Bildirilib ki, Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun sədri Əhməd Əl Xatib ilə Türkiyə Respublikası Mərkəzi Bankı arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı İnkişaf Fondu Mərkəzi Banka 5 milyard dollar depozit qoyacaq.

 

"Səudiyyə Ərəbistanı bu razılaşma ilə türk xalqına güclü dəstəyini və Türkiyə iqtisadiyyatının gələcəyinə olan inamını ifadə edir", - deyə Səudiyyədən verilən açıqlamada qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi