Modern.az

Mərkəzi Bankdan səhmdar cəmiyyətlərinə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan səhmdar cəmiyyətlərinə XƏBƏRDARLIQ

İqtisadiyyat

9 Mart 2023, 10:06

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” qanunun 75-ci maddəsinə görə səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağının təsdiqindən sonra 10 gündən gec olmayaraq Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilməlidir.

 

Modern.az bu barədə AMB-nin səhmdar cəmiyyətlərinə etdiyi xəbərdarlıqda bildirilir.

 

"AMB hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, cəmiyyət təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.

 

Qanunvericiliyin tələblərinə əsasən Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.

 

Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə cəmiyyətin ümumi yığıncağının qərarı və Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.

 

Qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə səhmdar cəmiyyətlərinin illik hesabatının hazırlanması, AMB-yə təqdim edilməsi və açıqlanması təmin edilmədikdə bu, emitentlərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur", - deyə xəbərdarlıqda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!