Modern.az

Qazaxıstan nefti Azərbaycan vasitəsilə daşınacaq

Qazaxıstan nefti Azərbaycan vasitəsilə daşınacaq

11 Mart 2023, 08:15

Bu ildən etibarən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.

 

Onun sözlərinə görə, hazırda ölkədən neftin ixracı bir neçə istiqamət üzrə həyata keçirilir. Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir.

 

"Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, - deyə nazir müavini vurğulayıb.

 

Vasilenko xatırladıb ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql olunur. Cənub marşrutu Türkmənistan və İrandan keçir. Türkiyə vasitəsilə İrana neftin daşınması barədə danışıqlar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!