Modern.az

Qazaxıstan Almaniyaya daha 20 min ton neft göndərəcək

Qazaxıstan Almaniyaya daha 20 min ton neft göndərəcək

14 Mart 2023, 09:22

Qazaxıstan apreldə Drujba kəməri ilə Almaniyaya daha 20 min ton neft göndərmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Bolat Akçulakov məlumat verib.

 

“Artıq neftin birinci partiyası yola düşüb, ikinci neft partiyası mart ayına planlaşdırılır. Orta hesabla ayda 20 min ton neft göndərməyi planlaşdırırıq”, - deyə Akçulakov bildirib.

 

Nazirin sözlərinə görə, 2023-cü ilin sonunda ixrac olunan neftin həcmi 300 min ton təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir