Modern.az

Neftimiz 1 dollardan çox UCUZLAŞDI

Neftimiz 1 dollardan çox UCUZLAŞDI

14 Mart 2023, 09:56

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşdı.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,4 % azalaraq 83,60 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi